Əlcəzair 29 ildən sonra Afrika çempionu olub 

Əlcəzair 29 ildən sonra Afrika çempionu olub 
# 20 iyul 2019 09:37 (UTC +04:00)

Misirdə keçirilən Afrika Millətlər Kubokuna yekun vurulub.

APA-nın məlumatına görə, yarışın son günündə final oyunu keçirilib.

Həlledici görüşdə Əlcəzairlə Seneqal üz-üzə gəlib. Matçın taleyini erkən qol həll edib. Bağdad Bunedjanın 2-ci dəqiqədə vurduğu top Əlcəzairə qitə çempionu titulunu qazandırıb.

Onun komandası 29 ildən sonra bu mükafata yiyələnib. İkinci dəfə Afrika çempionu olan Əlcəzairin ilk nailiyyəti 1990-cı ildə qeydə alınmışdı.

Qeyd edək ki, Əlcəzair və Seneqal yığmaları kimi Nigeriya millisi də turniri mükafatla başa vurub. Sonuncular bürünc medala yiyələniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR