Emil Balayevin komandası avrokuboklarla vidalaşıb

Emil Balayevin komandası avrokuboklarla vidalaşıb
# 18 iyul 2019 21:32 (UTC +04:00)

Azərbaycan milli komandasının futbolçusu Emil Balayevin heyətində çıxış etdiyi Qazaxıstanın “Tobol” klubu Avropa Liqasında növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, qapıçımızın komandası Lüksemburqun “Jeness” klubu ilə üz-üzə gəlib.

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesabı qazaxıstanlılar açıb. Lakin qonaqlar ikinci hissədə E.Baleyevin qoruduğu qapıya yol tapıb – 1:1.

90 dəqiqə meydanda olan qolkiperin penaltidən buraxdığı bu top “Tobol”un mübarizəni dayandırması ilə nəticələnib. İlk oyunda qolsuz heç-heçə edən Qazaxıstan təmsilçisi evdə buraxılan topa görə yarışla vidalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR