Ermənistan millisinin baş məşqçisi istefa verib

Ermənistan millisinin baş məşqçisi istefa verib
# 18 oktyabr 2019 12:30 (UTC +04:00)

Futbol üzrə Ermənistan milli komandasının baş məşqçisi Armen Gülbudaqyants istefa verib.

APA-nın məlumatına görə, buna AVRO-2020-nin seçmə mərhələsindəki uğursuzluq səbəb olub.

53 yaşlı mütəxəssis bu addımı final mərhələsinə vəsiqə qazana bilməməsi ilə izah edib. Bununla da azarkeşlərin ümidlərini doğrultmadıqları üçün üzülən çalışdırıcı vəzifəsindən ayrılmağı məqsədəuyğun sayıb.

Mütəxəssis bildirib ki, qarşısına belə bir vəzifə qoyulmasa da, məsuliyyət daşıdığını dərk edərək bu addımı atıb. Ermənistan yığmasının final mərhələsinə yüksəlmək üçün yalnız nəzəri şansları qalıb.

Qeyd edək ki, A.Gülbudaqyants 2018-ci ildən Ermənistan yığmasını çalışdırırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR