“Espanyol” baş məşqçi postunda dəyişiklik edəcək

“Espanyol” baş məşqçi postunda dəyişiklik edəcək
# 07 oktyabr 2019 17:43 (UTC +04:00)

İspaniyanın “Espanyol” klubunda baş məşqçi dəyişikliyi olacaq.

APA-nın məlumatına görə, Barselona təmsilçisi baş məşqçisi David Qalyeqonu istefaya göndərməyə qərar verib.

Klub rəhbərliyi La Liqadakı uğursuz startdan ciddi narazı qalıb. Bu üzdən də milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə baş məşqçi dəyişdiriləcək.

Qeyd edək ki, ötən ilin yayından “Espanyol”u çalışdıran D.Qalyeqonun yetirmələri 8 turdan sonra 5 xalla 19-cu sırada qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR