Fasilə bitir, Azərbaycan derbisi olacaq

Fasilə bitir, Azərbaycan derbisi olacaq
# 13 sentyabr 2019 16:39 (UTC +04:00)

Sabah Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

APA-nın məlumatına görə, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranan ikihəftəlik fasilədən sonrakı turun matçları iki günü əhatə edəcək.

İlk oyun gününə Sumqayıtda start veriləcək. Autsayderlər qrupunda yer alan “Sumqayıt” ardıcıl iki məğlubiyyətdən sonra xal hesabını artırmaq üçün mübarizə aparacaq. Son iki matçda uduzmayan bakılılar isə liderlə xal fərqini azaltmaq əzmindədir.

Son iki pillənin sahibi olan komandalar “Bank Respublika Arena”da görüşəcəklər. Qələbə həsrətində olan “Sabah” uğursuzluq zolağından çıxmaq üçün autsayderi yenməlidir. “Qəbələ” baş məşqçi dəyişikliyindən sonra ilk xal üçün mübarizə aparacaq. Bu, Elmar Baxşıyevin baş məşqi əvəzi kimi debütü olacaq.

İkinci oyun günü turun yeganə paytaxt derbisi ilə başlayacaq. Liderin iki ən yaxın izləyicisi “Bakcell Arena”da qarşılaşacaq. “Keşlə” “Səbail”i bu stadionda qəbul edəcək.

Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. Bütün ölkə çempionatlarında iştirak edən iki klub – “Neftçi” və “Qarabağ” sonuncuların meydanında görüşəcək. Qurban Qurbanovun yetirmələri startda ardıcıl 4-cü qələbə ilə liderliyini möhkəmlətmək üçün qalib gəlməlidir. Roberto Bordinin komandası isə rəqibi ilə xal fərqini azaltmaq üçün səfərdən qələbə ilə dönməlidir.

Azərbaycan Premyer Liqası
IV tur
14 sentyabr (şənbə)

“Sumqayıt” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Kapital Bank Arena”, 18:00

“Sabah” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”, 20:00

15 sentyabr (bazar)

“Keşlə” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”, 18:00

“Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:30

1

Qarabağ

3

3

0

0

8-0

9

2

Keşlə

3

2

0

1

5-1

6

3

Səbail

3

2

0

1

4-4

6

4

Zirə

3

1

1

1

2-2

4

5

Neftçi

3

1

1

1

3-3

4

6

Sumqayıt

3

1

0

2

3-5

3

7

Sabah

3

0

2

1

2-3

2

8

Qəbələ

3

0

0

3

0-9

0

Bombardirlər: İsmayıl İbrahimli ("Qarabağ"), Mehdi Şərifi ("Sumqayıt") - 3 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR