“Fənərbaxça” futbolçusunu “Nürnberq”ə icarəyə verib

“Fənərbaxça” futbolçusunu “Nürnberq”ə icarəyə verib
# 19 avqust 2019 17:46 (UTC +04:00)

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Mixael Freyi icarəyə verib.

APA-nın məlumatına görə, 25 yaşlı isveçrəli hücumçu karyerasını Almaniyada davam etdirəcək.

O, qarşıdakı bir il ərzində “Nürnberq”in şərəfini qoruyacaq. Klublar arasında anlaşmaya əsasən, icarə müddəti bitəndən sonra almaniyalılar futbolçunu transfer etmək hüququ əldə edəcək.

Qeyd edək ki, “Nürnberq” Almaniyanın 2-ci Bundesliqasında çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR