“Fənərbaxça” ilə müqaviləsi başa çatan ispaniyalı hücumçu “Qranada”ya keçib

“Fənərbaxça” ilə müqaviləsi başa çatan ispaniyalı hücumçu “Qranada”ya keçib
# 15 iyul 2019 17:55 (UTC +04:00)

2017-ci ildən Türkiyənin “Fənərbaxça” klubunda çıxış edən ispaniyalı futbolçu Roberto Soldado karyerasını yenidən vətənində davam etdirəcək.

APA-nın məlumatına görə, 34 yaşlı hücumçu İstanbul klubunu “Qranada”ya dəyişib.

“Fənərbaxça” ilə müqaviləsi başa çatan forvard yeni klubuna azad agent kimi keçib. O, “Qranada” ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, R.Soldado istanbulluların heyətində 59 oyuna 19 qol vurub. Madrid “Real”ının yetirməsi olan hücumçu həmçinin “Osasuna”, “Xetafe”, “Valensiya” və “Tottenhem”də də çıxış edib. 2007-13-cü illərdə İspaniya millisinə cəlb olunan futbolçu 12 matçda 7 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR