Frank Riberi “Fiorentina” ilə anlaşıb

Frank Riberi “Fiorentina” ilə anlaşıb
# 21 avqust 2019 11:50 (UTC +04:00)

Fransa millisinin sabiq futbolçusu Frank Riberi karyerasını İtaliyada davam etdirəcək.

APA-nın məlumatına görə, təcrübəli yarımmüdafiəçi A seriyası təmsilçisi “Fiorentina” ilə anlaşıb.

36 yaşlı futbolçu Florensiya klubu ilə 2 illik müqaviləni razılaşdırıb. F.Riberi ildə 4 milyon avro qazanacaq. Bu məbləğə mükafatlar da əlavə olunacaq.

Qeyd edək ki, yarımmüdafiəçi 2007-19-cu illərdə Almaniyanın “Bavariya” klubunda çıxış edib. O, müqaviləsi başa çatdığı üçün Münhen təmsilçisindən ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR