İspaniya Superkuboku ilə bağlı narazılıq yaranıb

İspaniya Superkuboku ilə bağlı narazılıq yaranıb
# 12 noyabr 2019 17:54 (UTC +04:00)

İlk dəfə dörd komandalı formatda keçiriləcək İspaniya Superkuboku ətrafında narazılıqlar başlayıb.

APA-nın məlumatına görə, “Valensiya” klubu iştirak üçün verilən ödənişlərin bölgüsündən narazı qalıb.

2020-ci ilin yanvarında Səudiyyə Ərəbistanında baş tutacaq turnirə qatılacaq ölkə kubokunun qalibi buna görə 3 milyon avroya yaxın vəsait əldə edəcək. “Barselona” ilə “Real” isə təkcə iştirak üçün 8 milyon avro alacaq.

“Yarasalar” bununla bağlı İspaniya Futbol Federasiyasına rəsmi müraciət də ünvanlayıblar. Tələbə baxılmayacağı halda, Valensiyanın eyniadlı təmsilçisi arbitraj məhkəməsinə müraciət etməyi planlaşdırıb. Federasiya buna ilkin münasibət bildirərək vəsaitin klubların tarixi nailiyyətlərinə görə bölüşdürüldüyünü əsas gətirib.

Qeyd edək ki, turnir yanvarın 8-12-də baş tutacaq. “Valensiya”, “Real” və “Barselona”dan başqa “Atletiko” iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR