İtaliya klubunun müraciəti Azərbaycan millisinin heyətində dəyişikliyə səbəb olub

İtaliya klubunun müraciəti Azərbaycan millisinin heyətində dəyişikliyə səbəb olub
# 20 avqust 2019 14:38 (UTC +04:00)

Bakıda təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

APA-nın məlumatına görə, yığma üzvü Poletto Fabio Xose hazırlığa qatılmayacaq.

O, şərəfini qoruduğu İtaliyanın “Feldi Eboli” klubunun müraciəti əsasında toplanışından azad edilib.

Qeyd edək ki, Azərbaycan millisi avqustun 26-da və 28-də müvafiq olaraq Minskdə və Borisovda Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR