İkinci dövrənin ilk təyinatları müəyyənləşib

İkinci dövrənin ilk təyinatları müəyyənləşib
  • Clock-gray 16:14
  • calendar-gray 15 Oktyabr 2019

Azərbaycan Premyer Liqasında VIII turun oyunları üçün bütün təyinatlar açıqlanıb. 

APA-nın məlumatına görə, oktyabrın 19-20-də baş tutacaq II dövrənin ilk görüşlərini idarə edəcək referilər müəyyənləşib. 
Azərbaycan çempionu “Qarabağ”ın “Qəbələ” ilə səfər matçı FİFA referisi Əliyar Ağayevə həvalə edilib. “Neftçi” “Zirə” görüşündə isə söz sahibi Rövşən Rəcəbov olacaq. 

Qeyd edək ki, turun bütün oyunları “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

19 oktyabr (şənbə)
“Qəbələ” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 17:00

“Keşlə” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”, 19:15

20 oktyabr (bazar)
“Neftçi” – “Zirə”

Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov. Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”, 17:00

“Səbail” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”, 19:30

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date