İlin ən yaxşı qolu Macarıstan çempionatında vurulub

İlin ən yaxşı qolu Macarıstan çempionatında vurulub
# 23 sentyabr 2019 23:04 (UTC +04:00)

2019-cu ilin ən gözəl qolunun müəllifi müəyyənləşib.

APA-nın məlumatına görə, FİFA Ferens Puşkaş mükafatının sahibini İtaliyanın Milan şəhərindəki tədbirdə açıqlayıb.

İlin ən gözəl qolunun müəllifi Daniel Jori olub. Rumıniyalı futbolçu Macarıstan çempionatında vurduğu qola görə mükafatlandırılıb.

Onun “Ferensvaroş” – “Debretsen” matçında meydan sahiblərinin qapısından keçirdiyi top digər namizədlər Xuan Fernando Kintero və Lionel Messini qabaqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR