İngiltərə klubu totalizatora pul qoyan baş məşqçisini vəzifəsindən azad edib

İngiltərə klubu totalizatora pul qoyan baş məşqçisini vəzifəsindən azad edib
# 21 oktyabr 2019 12:21 (UTC +04:00)

İngiltərənin “Uimbldon” klubu baş məşqçisi Uolli Daunsu istefaya göndərib.

APA-nın məlumatına görə, 58 yaşlı mütəxəssis totalizatora pul qoyuluşları etdiyi üçün vəzifəsindən azad edilib.

O, 2019-cu ilin mart ayından iyula qədər olan dövrdə oyunların nəticələrini proqnozlaşdırdığı üçün işini itirib. Klub rəhbərliyi İngiltərə Futbol Assosiasiyasının 4 həftəlik diskvalifikasiya edib, 3 min funt sterlinq cərimələdiyi çalışdırıcını saxlamağı məqsədəuyğun saymayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR