İngiltərə və Çexiya AVRO-2020-yə vəsiqə qazanıb

İngiltərə və Çexiya AVRO-2020-yə vəsiqə qazanıb
# 15 noyabr 2019 01:40 (UTC +04:00)

AVRO-2020-nin seçmə mərhələsində IX turun ilk oyun gününə yekun vurulub.

APA-nın məlumatına görə, A, B və H qruplarında turun qarşılaşmaları keçirilib.

Günün ilk oyununda İslandiya ilə üz-üzə gələn Türkiyə qolsuz heç-heçə edib. Bu hesab həm “ay-ulduzlular”ı, həm də Fransanı AVRO-2020-yə daşıyıb.

Nəticədə H qrupunun digər iki görüşü AVRO-2020-yə vəsiqə baxımından formal xarakter daşıyıb. Lakin türkiyəlilərlə 1-ci yer uğrunda mübarizəni davam etdirən Fransa Moldovanı məğlubiyyətə uğradaraq zirvəni ələ keçirib. Albaniya isə Andorra ilə heç-heçə edib.

A qrupunun lideri İngiltərə Monteneqronu darmadağın edərək final mərhələsinə yüksəlib. 7:0 hesabının qeydə alındığı görüşdə Hari Keyn het-trikə imza atıb. İkinci yerə iddia edən Çexiya və Kosovonun duelində meydan sahibləri əzmkar qələbə ilə istəklərinə çatıblar. Bu qrupda hər iki vəsiqə sahibini tapdığından son tur formal xarakter daşıyacaq.

Ukraynanın 1-ci vəsiqəni qazandığı B qrupunda da ikinci “xoşbəxt” son turda bilinəcək. Portuqaliya və Serbiyanın növbəti qələbələri onların qiyabi mübarizəsini son matça qədər sürdürüb. Litvaya 6 qol vuran pireneylilərin heyətində Kriştianu Ronaldo növbəti het-trikini rəsmiləşdirib.

Qeyd edək ki, final mərhələsinə vəsiqə qazanan komandaların sayı 10-a çatıb. Bunlar Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiyadır.

AVRO-2020-nin seçmə mərhələsi
IX tur
14 noyabr

A qrupu
23:45. İngiltərə - Monteneqro – 7:0

Oksleyd-Çamberlen, 11, Keyn, 19, 24, 37, Reşford, 30, Sofranaç, 66 (avtoqol), Abraham, 78
23:45. Çexiya – Kosovo – 2:1
Kral, 71, 78 – Nuhiu, 50

1

İngiltərə

7

6

0

1

33-6

18

2

Çexiya

7

5

0

2

13-10

15

3

Kosovo

7

3

2

2

13-12

11

4

Monteneqro

8

0

3

5

3-22

3

5

Bolqarıstan

7

0

3

4

5-17

3

Sonuncu turun oyunları noyabrın 17-də keçiriləcək: Kosovo – İngiltərə, Bolqarıstan – Çexiya.

B qrupu
23:45. Serbiya – Lüksemburq – 3:2

Mitroviç, 11, 43, Radonyiç, 70 – Rodriges, 54, Turpel, 76
23:45. Portuqaliya – Litva – 6:0
Ronaldo, 7 (pen.), 22, 65, Pizzi, 52, Pasiensia, 56, B.Silva, 63

1

Ukrayna

7

6

1

0

15-2

19

2

Portuqaliya

7

4

2

1

20-6

14

3

Serbiya

7

4

1

2

15-15

13

4

Lüksemburq

7

1

1

5

7-14

4

5

Litva

8

0

1

7

5-25

1

Sonuncu turun oyunları noyabrın 17-də keçiriləcək: Serbiya – Ukrayna, Lüksemburq – Portuqaliya.

H qrupu
21:00. Türkiyə - İslandiya – 0:0
23:45. Fransa – Moldova – 2:1

Varan, 35, Jiru, 79 – Rata, 9
23:45. Albaniya – Andorra – 2:2
Balay, 6, Manay, 56 – Martines, 18, 48

1

Fransa

9

7

1

1

23-6

22

2

Türkiyə

9

6

2

1

16-3

20

3

İslandiya

9

5

1

3

12-10

16

4

Albaniya

9

4

1

4

16-12

13

5

Andorra

9

1

1

7

3-18

4

6

Moldova

9

1

0

8

3-24

3

Sonuncu turun oyunları noyabrın 17-də keçiriləcək: Moldova – İslandiya, Andorra – Türkiyə, Albaniya – Fransa.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR