İspaniya La Liqası “El-Klasiko”nun yerini dəyişdirməyi xahiş edib

İspaniya La Liqası “El-Klasiko”nun yerini dəyişdirməyi xahiş edib
# 16 oktyabr 2019 16:25 (UTC +04:00)

İspaniyanın Kataloniya vilayətində baş verənlər futbol üzrə İspaniya çempionatının təqvimində dəyişikliyə səbəb ola bilər.

APA-nın məlumatına görə, La Liqa “Barselona” və “Real” klublarından öz aralarındakı oyunlarının yerlərini dəyişdirilməsini xahiş edib.

Qurum oktyabrın 26-da Barselonada keçirilməli olan “El-Klasiko”nun Kataloniya paytaxtında deyil, Madriddə keçirilməsinə istəyib. Belə xahiş təhlükəsizliklə bağlı problemlər qaçmaq istəyi ilə əlaqədardır. Çünki oyun günü Barselonada etiraz aksiyası keçiriləcək. Əgər La Liqanın istəyi yerinə yetirilsə, ikinci dövrənin martın 1-dəki matçı Barselonada təşkil olunacaq.

Qeyd edək ki, İspaniyanın Ali Məhkəməsi Kataloniyanın müstəqilliyi ilə bağlı 2017-ci ildə keçirilən referendum və iğtişaşlara görə kataloniyalı 9 separatçı məmur siyasətçiyə hökm oxuyub. Bundan sonra muxtar vilayətdə iğtişaşlar başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR