İştvan Kovaç: “Qol təmiz vurulsa da, bizim problem deyil”

İştvan Kovaç: “Qol təmiz vurulsa da, bizim problem deyil”
# 14 oktyabr 2019 00:15 (UTC +04:00)

“Oyunun sonları yaxınlaşdıqca belə halla üzləşə biləcəyimiz barədə düşünürdüm. Son dəqiqələrdə qol buraxmaq və final mərhələsi şansını itirməkdən qorxurdum”.

APA-nın məlumatına görə, bunu Macarıstan millisinin futbolçusu İştvan Kovaç deyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycana 1:0 hesabı ilə qalib gələn macarların futbolçusu qarşılaşmaya şərh verib. O, Azərbaycan yığmasının 90+3-cü dəqiqədəki sayılmayan qoluna da münasibət bildirib: “Sevinirəm ki, qorxduğumuz başımıza gəlmədi. Hərçənd rəqib qol da vurmuşdu. Eşitdim ki, bu, təmiz qol idi. Amma bu qol təmiz vurulsa da, bizim problemimiz deyil. Buna görə biz üzr istəyəsi deyilik. Bir neçə dəfə qol imkanım olsa da istifadə edə bilmədim. Amma yaxşı komandalar elə 1:0 hesabı ilə qalib gəlməyi bacarır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR