İtaliya klubunun baş məşqçisi istefa verir

İtaliya klubunun baş məşqçisi istefa verir
# 13 iyul 2019 13:04 (UTC +04:00)

İtaliyanın “Bolonya” klubu baş məşqçisiz qalacaq.

APA-nın xarici mətbuata istinadən məlumatına görə, Sinişa Mixayloviç postunu tərk edəcək.

Buna səbəb onun səhhətindəki problemlərdir. Müayinə zamanı xəstəliyi aşkarlanan serbiyalı istefa verib, müalicə ilə məşğul olmaq niyyətindədir. Çünki təcili başlanması zəruri olan müalicə kursu məşqçilik fəaliyyəti ilə uzlaşmır.

Qeyd edək ki, S.Mixayloviç 2019-cu ilin yanvarından “Bolonya”nı çalışdırır. O, bu postda Filippo İnzaqini əvəzləyib. Serbiyalının müqaviləsi 2022-ci ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR