İtaliya klubunun baş məşqçisi istefaya göndərilib

İtaliya klubunun baş məşqçisi istefaya göndərilib
# 22 oktyabr 2019 16:06 (UTC +04:00)

İtaliyanın “Cenoa” klubunda baş məşqçi istefası gerçəkləşib.

APA-nın məlumatına görə, Genuya təmsilçisi baş məşqçi Aurelio Andreatsolini vəzifəsindən kənarlaşdırıb.

Buna komandanın uğursuz nəticələri səbəb olub. “Cenoa” A seriyasının 8 turundan sonra 5 xalla 19-cu pillədə qərarlaşıb.

Klub yeni baş məşqçinin yaxın müddətdə müəyyənləşəcəyini açıqlayıb. Hələ istefadan əvvəl bu vəzifəyə Massimo Karrera və Tyaqo Mottanın adı namizəd göstərilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR