Bakıda təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
APA-nın məlumatına görə, yığma üzvü Poletto Fabio Xose hazırlığa qatılmayacaq.
O, şərəfini qoruduğu İtaliyanın “Feldi Eboli” klubunun müraciəti əsasında toplanışından azad edilib.
Qeyd edək ki, Azərbaycan millisi avqustun 26-da və 28-də müvafiq olaraq Minskdə və Borisovda Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.