İtaliyanın "Palermo" klubu fəaliyyətini dayandırıb

İtaliyanın "Palermo" klubu fəaliyyətini dayandırıb
# 18 oktyabr 2019 14:56 (UTC +04:00)

İtaliyanın “Palermo” klubu fəaliyyətini dayandırıb.

APA-nın məlumatına görə, Palermo şəhər məhkəməsi klubun müflis olduğunu rəsmən təsdiqləyib.

1987-ci ildə yaradılan klubun sabiq sahibi Maurisio Dzamparinin oğlu Andrea Dzamparini “Palermo”nun xilası üçün 10 milyon avro təklif edib. Lakin bu məbləğ borcların ödənməsi üçün yetərli olmayıb. Müflislik məsələləri üzrə məhkəmə prokurorların klubun ləğvi ilə bağlı sorğusunu qəbul edib.

“Palermo” ilk olaraq 1900-cü ildə yaradılsa da, sonradan yenidən təsis edilib. 1987-ci ildə yaranan indiki klub həmin “Palermo”nun 4-cü variantdır. Tarixinin ən böyük uğurları da məhz bu komandanın payına düşür. İki dəfə A seriyasında 5-ci yeri tutan komanda, 2011-ci ildə ölkə kubokunun finalçısı olub. Klubun sabiq sahibi M.Dzamparini məşqçiləri tez-tez dəyişməklə məşhurlaşıb. Ötən mövsümdə B seriyasında çıxış edən klub maliyyə pozuntularına görə oradan kənarlaşdırılıb.

Qeyd edək ki, bu ilin yayında yeni, artıq 5-ci “Palermo” klubu yaradılıb və bu komanda D seriyasında çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR