Kurasao millisinin qapıçısı oyun öncəsi hoteldə ölüb

Kurasao millisinin qapıçısı oyun öncəsi hoteldə ölüb
# 10 sentyabr 2019 10:38 (UTC +04:00)

Futbol üzrə Kurasao milli komandası faciə ilə üzləşib.

APA-nın məlumatına görə, KONKAKAF Millətlər Liqasının bu gün Haiti ilə keçiriləcək oyunu ərəfəsində yığmanın qapıçısı Jarzinyo Piter ölüb.

O, komandanın oyun ərəfəsində məskunlaşdığı hoteldə dünyasını dəyişib. Komanda yoldaşları qapıçının qaldığı otaqda onun meyitini tapıblar. 31 yaşlı futbolçunun ürəyi dayanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR