La Liqada ilk tur başa çatıb

La Liqada ilk tur başa çatıb
# 19 avqust 2019 01:59 (UTC +04:00)

İspaniya La Liqasında ilk tura yekun vurulub.

APA-nın məlumatına görə, turun üçüncü günündə 4 oyun keçirilib.

“Sevilya” “Espanyol”la, “Valyadolid” isə “Betis”lə səfər matçında üç xal əldə edib. “Alaves” evdə “Levante”dən güclü olub. “Atletiko” isə “Xetafe”ni məğlubiyyətə uğradıb.

Qeyd edək ki, La Liqada növbəti turun matçları avqustun 23-25-də keçiriləcək.

İspaniya La Liqası
I tur
18 avqust
“Alaves” – “Levante” – 1:0

Joselu, 54
“Espanyol” – “Sevilya” – 0:2
Requlyon, 44, Nolito, 86
“Betis” – “Valyadolid” – 1:2
Moron, 68 – Quardiola, 63, Plano, 89
“Atletiko” – “Xetafe” – 1:0
Morata, 23

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR