"Linfild"in baş məşqçi: "Qarabağ" üzərində qələbədən sonra özümü dünyanın zirvəsində hiss edirəm"

"Linfild"in baş məşqçi: "Qarabağ" üzərində qələbədən sonra özümü dünyanın zirvəsində hiss edirəm"
# 23 avqust 2019 01:50 (UTC +04:00)

“Bu qələbə mənim üçün “Vindzor Park”dakı növbəti gözəl xatirədir. Şimali İrlandiya yığmasında İngiltərə və İspaniya üzərində qazandığımız qələbələr kimi”.

APA-nın məlumatına görə, bunu Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi David Hili deyib.

O, Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyununa şərh verib. D.Hili Azərbaycan çempionuna qarşı ev görüşündəki 3:2 hesablı qələbədən razı qaldığını bildirib:

“Futbolçularım bu gün məni məmnun etdilər. Çox qürurluyam. Belə rəqib üzərində qələbədən sonra özümü dünyanın zirvəsində hiss edirəm. Onlar inanılmaz idilər. Lakin mən təəccüblənmirəm. Çünki nəyə qadir olduqlarını bilirəm. Yetirmələrim bu gün bacarıqlarını ortaya qoydular və istəklərinə çatdılar”.

D.Hili futbolçularının əzmkarlığına da toxunub: “Oyunun əvvəlində məğlub duruma düşdük. Lakin fasiləyədək “Qarabağ” kimi komandaya iki qol vura bildik. Futbolçularıma təşəkkür edirəm. Onlar bu gün dözdülər və təzyiqə tab gətirdilər. “Qarabağ”ı məğlub etmək inanılmazdır. Çox sevincliyəm, bundan artığını sözlə ifadə edə bilmirəm. Gələn həftə Bakıdakı cavab matçında mübarizə aparmağa əsasımız var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR