“Linfild”in prezidenti: “Qarabağ” səddini adlamağımız böyük bir hadisə olacaq”

“Linfild”in prezidenti: “Qarabağ” səddini adlamağımız böyük bir hadisə olacaq”
# 19 avqust 2019 11:03 (UTC +04:00)

“Qarabağ” səddini adlayıb qrup mərhələsinə düşməyimiz klub tarixində böyük bir hadisə olacaq. Belə olan halda bir çox məqamlara da nəzər yetirməliyik”.

APA-nın məlumatına görə, bunu Şimali İrlandiyanın “Linfild” klubunun prezidenti Roy Makqivern deyib.

Avropa Liqasının pley-offunda Azərbaycan çempionu “Qarabağ”la görüşəcək Böyük Britaniya təmsilçisinin rəhbəri klubun əsasnaməsində dəyişikliklərin mümkünlüyündən danışıb. Məsələ ondadır ki, daxili qaydalar ev oyunlarının bazar günlərində “Vindzor Park” stadionunda keçirilməsinə imkan vermir.

R.Makqivern bu dəyişikliyin qaçılmaz olduğunu bildirib: “Qrupa düşsək, əlavə oyunlar keçirəcəyik. Bu da liqadakı matçlarımızın təqviminə təsir edəcək. Ola bilər ki, ev oyunları ilə bağlı qərar dəyişdirilsin. Bu barədə qərarı klubun üzvləri verəcək. Bu, Avropadakı uğura görə edilməlidir. Klubun imici qaldırılıb. Maliyyə qazancımız da olub”.

Qeyd edək ki, “Linfild”lə “Qarabağ” arasında oyunlar avqustun 22-də və 29-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR