Lixtenşteynin baş məşqçisi: “Bakıdakı görüş qalib gəldiyimiz ilk oyuna bənzəməyəcək”

Lixtenşteynin baş məşqçisi: “Bakıdakı görüş qalib gəldiyimiz ilk oyuna bənzəməyəcək”
# 14 noyabr 2019 09:51 (UTC +04:00)

“Azərbaycanla Bakıdakı görüş qalib gəldiyimiz ilk oyuna bənzəməyəcək”.

APA-nın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Lixtenşteyn yığmasının baş məşqçisi Martin Ştoklaza deyib.

O, AVRO-2021-in Azərbaycanla bugünkü qarşılaşması öncə fikirlərini açıqlayıb. M.Ştoklaza final mərhələsi iddiası olmayan komanda üçün nəticənin önəm daşımadığını bildirsə də, ilk görüşdə məğlub etdikləri rəqibdən yenə xal almaq arzusunu gizlətməyib: “Çünki səfərdə oynamalı olacağıq. Düzdür, bu qarşılaşmanın nəticəsi bizim üçün o qədər böyük əhəmiyyət kəsb etmir. Müsbət nəticə və ya böyükhesablı məğlubiyyətin yekun nəticə üçün təsiri olmayacaq. Lakin 2019-cu ili uğurlu nəticə ilə başa vurmaq istəyirik”.

Qeyd edək ki, Sumqayıtda keçiriləcək Azərbaycan – Lixtenşteyn matçı saat 18:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR