Lixtenşteynli məşqçi: “Azərbaycan millisi daha ehtiyatlı oynadı”

Lixtenşteynli məşqçi: “Azərbaycan millisi daha ehtiyatlı oynadı”
# 14 noyabr 2019 21:24 (UTC +04:00)

“Həm Azərbaycanın, həm də bizim qol vurmaq üçün şanslarımız oldu”.

APA-nın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Lixtenşteyn milli komandasının baş məşqçisi Martin Ştocklaza deyib.

O, AVRO-2021-in seçmə mərhələsinin Azərbaycanla Sumqayıtdakı matçı barədə fikirlərini açıqlayıb. M.Ştoklaza 0:1 hesabı ilə uduzduqları görüşdə 1 xal qazanmağa yaxın olduqlarını deyib: “Oyun heç-heçə də başa çata bilərdi. Azərbaycan millisi daha ehtiyatlı oynadı. Amma bu komandalar arasında keçirilmiş ilk oyunda vəziyyət belə deyildi. Onda komandalar fərqli oyun nümayiş etdirmişdi. Vaxtilə bura futbolçu kimi də gəlmişdim. O vaxtdan hər iki ölkənin yığma komandalarının inkişaf etdiyini, nəticələrini yaxşılaşdırdığını vurğulaya bilərəm. Azərbaycan millisinin hazırkı heyətində istedadlı futbolçular var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR