Luis Enrike İspaniya millisinə qayıdır

Luis Enrike İspaniya millisinə qayıdır
# 19 noyabr 2019 00:04 (UTC +04:00)

İspaniya millisində yenidən baş məşqçi dəyişikliyi olacaq.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, sabiq baş məşqçi Luis Enrike yığmaya qaytarılır.

İspaniya Kral Futbol Federasiyası vəfat edən övladının səhhətindəki problemlərlə əlaqədar istefa verən 49 yaşlı mütəxəssisi postuna qaytarmaq qərarına gəlib. Bu qərarın yaxın günlərdə açıqlanması gözlənilir. O, bu vəzifədə Robert Morenonu əvəz edəcək.

Qeyd edək ki, İspaniya yığması ötən aydan Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR