Luis Suaresin qayıdışı bərpa prosesinin gedişindən asılı olacaq

Luis Suaresin qayıdışı bərpa prosesinin gedişindən asılı olacaq
# 17 avqust 2019 13:03 (UTC +04:00)

Uruqvay millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Luis Suaresin durumuna aydınlıq gəlib.

APA-nın məlumatına görə, La Liqanın ilk turunun “Atletik”lə açılış oyununda (0:1) zədələnən hücumçu müayinə olunub.

Forvardın sağ ayağının baldır əzələsinin xəsarət aldığı təsdiqlənib. Klubun yaydığı məlumatda L.Suaresin meydana qayıdışının bərpa prosesinin gedişindən asılı olacağı bildirilir.

Qeyd edək ki, 32 yaşlı hücumçu oyun epizodunda xəsarət alaraq 37-ci dəqiqədə əvəzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR