Macarıstan yığması Azərbaycanla oyuna itki ilə çıxacaq

Macarıstan yığması Azərbaycanla oyuna itki ilə çıxacaq
# 11 oktyabr 2019 00:50 (UTC +04:00)

Oktyabrın 13-də Azərbaycan millisi ilə qarşılaşacaq Macarıstan yığması itki ilə üzləşib.

APA-nın məlumatına görə, rəqib komanda Laslo Kleynheyslerin xidmətindən məhrum olub.

Buna səbəb futbolçunun cəzalı duruma düşməsidir. O, Xorvatiya ilə (0:3) səfərdə keçirilən qarşılaşmanın 56-cı dəqiqəsində ikinci sarı üzündən qırmızı vərəqə alıb.

Bu səbəbdən də L.Kleynheysler AVRO-2020-nin seçmə mərhələsinin VIII turunun növbəti matçını buraxacaq.

Qeyd edək ki, Macarıstan – Azərbaycan matçı Budapeştdə baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR