Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırılıb

Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırılıb
# 07 oktyabr 2019 14:00 (UTC +04:00)

Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

APA-nın məlumatına görə, "Qarabağ"ın hücumçusu Mahir Emreli yığmanın heyətindən kənarlaşdırılıb.

Buna onun Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 6-da keçirilmiş “Qarabağ” – “Sabah” oyununda zədələnməsi səbəb olub. M. Emrelinin əvəzinə “Neftçi”dən Namik Ələsgərov yığmanın heyətinə dəvət olunub.

Qeyd edək ki, əsas komanda oktyabrın 9-da Bəhreynlə yoldaşlıq oyunu keçirəcək, 4 gün sonra AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Macarıstanla qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR