“Mançester Yunayted”in futbolçusu: “Azərbaycan kimi rəqiblərlə oyunlar çətin olur”

“Mançester Yunayted”in futbolçusu: “Azərbaycan kimi rəqiblərlə oyunlar çətin olur”
  • Clock-gray 09:54
  • calendar-gray 08 Oktyabr 2019

“Hesab edirəm ki, “Mançester Yunayted”də oynamağım mənə çox böyük köməkdir”. 

APA-nın məlumatına görə, bunu Uels yığmasının futbolçusu Daniel Ceyms deyib.

İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən 22 yaşlı hücumameylli yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsi barədə fikirlərini açıqlayıb. O bildirib ki, E qrupunda birgə yer aldıqları Azərbaycan yığması ilə oynamaq heç də asan deyil: “Qarşıda bizi AVRO-2020-nin iki seçmə oyunu gözləyir. Bu görüşlərdə böyük təzyiq olacaq. Baxmayaraq ki, belə hallara öyrəşmişik. Bizdən qrupdan çıxmağı gözləyirlər. Fərqli mədəniyyətə, ab-havaya məxsus Slovakiya, Azərbaycan kimi rəqiblərlə oyunlar çətin olur”.

Qeyd edək ki, Azərbaycan – Uels oyunu noyabrın 16-da Bakıda olacaq. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date