Maradona istefaya göndərilib

Maradona istefaya göndərilib
  • Clock-gray 22:25
  • calendar-gray 19 Noyabr 2019

Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona işsiz qalıb.

Apasport.az saytının məlumatına görə, “Ximnasiya Esqrima” klubu sentyabrda baş məşqçisi təyin olunan 59 yaşlı mütəxəssisi istefaya göndərib.

Bir müddət öncə D.Maradona indiki klub prezidenti Qabriel Pelleqrinonun növbəti seçkilərdə namizədliyini irəli sürməyəcəyi təqdirdə postunu tərk edəcəyini açıqlamışdı.

Qeyd edək ki, mütəxəssisin müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulmuşdu. 13 turdan sonra 10 xal toplayan “Ximnasiya Esqrima” Argentina çempionatında 22-ci pillədə qərarlaşıb..
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date