Messi: “Düşünürdüm ki, Neymar “Barselona”ya qayıtmasa, “Real”a keçəcək"

Messi: “Düşünürdüm ki, Neymar “Barselona”ya qayıtmasa, “Real”a keçəcək"
# 09 oktyabr 2019 09:31 (UTC +04:00)

“Mən düşünürdüm ki, Neymar “Barselona”ya qayıtmasa, “Real”a keçəcək”.

APA-nın məlumatına görə, bunu Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi deyib.

Cənubi amerikalı klubdakı sabiq komanda yoldaşı Neymar barədə fikirlərini açıqlayıb. O bildirib ki, yayda PSJ-dən ayrılacağı gözlənilən braziliyalının “Real”a keçəcəyini fikirləşirmiş: “O həqiqətən də PSJ-ni tərk etmək istəyirdi. Neymar bu barədə demişdi. Fikirləşirdim ki, Florentino Peres və “Real” onunla müqavilə bağlamaq üçün hər şey edəcək”.

Qeyd edək ki, Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR