Messi Ronaldonun birgə nahar etmək təklifinə cavab verib

Messi Ronaldonun birgə nahar etmək təklifinə cavab verib
# 12 sentyabr 2019 12:17 (UTC +04:00)

“Kriştiano məni nahara dəvət edib? Problem yoxdur. Mən həmişə demişəm ki, onunla aramızda hansısa problem yoxdur”.

APA-nın məlumatına görə, bunu Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi deyib.

32 yaşlı hücumçu portuqaliyalı Kriştianu Ronaldonun onunla nahar etməyə hazır olmasına münasibət bildirib. Cənubi amerikalı birgə oturmağın problem yaratmayacağını açıqlayıb: “Biz komanda yoldaşı olmadığımız üçün yaxın dost deyilik. Adətən təntənəli mərasimlərdə görüşürük. Sonuncu belə tədbirdə daha çox ünsiyyətdə olduq və həmişəkindən daha səmimi danışdıq. Bilmirəm, bizim birgə naharımız alınacaq, ya yox. Çünki hələ yollarımızın kəsişib-kəsişməyəcəyi bəlli deyil. Hərəmizin bir ölkədə yaşadığını və öz öhdəlikləri olmasını da nəzərə almalıyıq. Bu baş versə problem yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR