“Milan” Avropa Liqasından imtina etmək istəyir

“Milan” Avropa Liqasından imtina etmək istəyir
# 19 iyun 2019 00:14 (UTC +04:00)

İtaliyanın “Milan” klubu 2019/20 mövsümündə Avropa Liqasından kənarda qala bilər.

APA-nın “Corriere della Sera”ya istinadən məlumatına görə, “rossonerlər” avrokuboklara qatılmamaq üçün UEFA-ya rəsmi müraciət hazırlayıblar.

Milanın eyni adlı təmsilçisi iyunun 30-dək maliyyə "feyr-pley"i ilə bağlı öhdəlikləri yerinə yetirə bilməyəcəyindən ehtiyatlanıb. Komandanın avrokuboklardan imtinası ona iqtisadi göstəricilərini qaydaya salmaq üçün vaxt qazandıracaq.

UEFA “Milan”ın yarışı buraxmaq xahişini müsbət dəyərləndirsə, “Roma” Avropa Liqasının qrupunda, “Torino” isə təsnifat mərhələsində oynamaq hüququ qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR