“Milan”da baş məşqçi istefası rəsmiləşib

“Milan”da baş məşqçi istefası rəsmiləşib
# 08 oktyabr 2019 22:01 (UTC +04:00)

İtaliyanın “Milan” klubunda gözlənilən baş məşqçi istefası gerçəkləşib.

APA-nın məlumatına görə, A seriyası təmsilçisi Marko Campaolonun postundan kənarlaşdırıldığını açıqlayıb.

Bu yay baş məşqçi postunda Cennaro Qattuzonu əvəzləyən mütəxəssis mövsümü yarılamağa da nail olmayıb. Komandanın 7 turdan sonra 9 xalla 10-cu sırada olması M.Campaolonun istefası ilə nəticələnib.

Əvvəllər “Kalyari”, “Siena”, “Katanya”, “Breşia”, “Empoli”, “Sampdoriya” kimi bir sıra klublarda çalışmış mütəxəssisi əvəzləyəcək məşqçi yaxın müddətdə bəlli olacaq. Artıq neçə həftədir bir sıra mütəxəssislərlə danışıqların aparıldığı barədə məlumatlar yayılıb. Onlar arasında həm italiyalı, həm xarici çalışdırıcılar da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR