"Neftçi" hücumçusu ilə yollarını ayırıb

"Neftçi" hücumçusu ilə yollarını ayırıb
# 15 iyul 2019 23:24 (UTC +04:00)

"Neftçi” futbolçu Kvame Karikari ilə vidalaşıb.
APA-nın klubun saytına istinadən məlumatına görə, 27 yaşlı qanalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Bakı təmsilçisi ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2017/2018-ci illər mövsümündə "Neftçi”nin heyətində 10 oyunda 2 qola imza atmış Karikari son mövsümü icarə əsasında BƏƏ-nin "Əl Oruba” klubunda keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR