“Neftçi” qvineyalı futbolçunu baxışdan keçirir

“Neftçi” qvineyalı futbolçunu baxışdan keçirir
# 14 noyabr 2019 16:46 (UTC +04:00)

Bakının “Neftçi” klubu baxışa yeni futbolçu dəvət edib.

APA-nın məlumatına görə, paytaxt təmsilçisi qvineyalı Yamussa Kamaranı sınaqdan keçirir.

19 yaşlı legioner hücumameylli yarımmüdafiəçidir. Vətənində "Seynt Marie” akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea” (2016-2017), "Satellit” (2017-2018) və "Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib.

Qeyd edək ki, məşqçilər korpusu bu gün məşqlərə qoşulan Y.Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR