“Neftçi” və “Keşlə” irəliləyib, “Səbail” yenə uduzub

“Neftçi” və “Keşlə” irəliləyib, “Səbail” yenə uduzub
# 05 oktyabr 2019 21:05 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında VII tura start verilib.

APA-nın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Dövrənin son turu Sumqayıtda başlayıb. Şəhərin eyniadlı komandası “Keşlə”ni qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticə bakılıların 2-ci pilləyə yüksəlməsi üçün yetərli olub.

Günə paytaxt derbisi ilə yekun vurulub. Mövsümə uğursuz başlayan “Neftçi” öz meydanında “Səbail”i qəbul edib. Roberto Bordinin yetirmələri ilk yarının sonlarında vurulan qollarla fasiləyə üstün yollanıblar.

Stiven Monroz və Anton Krivotsyuk rəqib qapısına yol tapıb. Qonaqlar yalnız Ağabala Ramazanovun matçın sonlarındakı təsəlli qoluna seviniblər. Bu qələbə “Neftçi”ni 3-cü pilləyə daşıyıbsa, ardıcıl ikinci dəfə uduzan “Səbail” 4-cü yerə yuvarlanıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. I dövrənin son günündə “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Sabah” matçları baş tutacaq.

Azərbaycan Premyer Liqası
VII tur
5 oktyabr (şənbə)

“Sumqayıt” – “Keşlə” – 0:0
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”, 17:00

“Neftçi” – “Səbail” – 2:1
Qollar: Stiven Monroz, 41, Anton Krivotsyuk, 44 – Ağabala Ramazanov, 81
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bakcell Arena”, 19:15

1

Qarabağ

6

6

0

0

15-1

18

2

Keşlə

7

3

2

2

8-3

11

3

Neftçi

7

3

2

2

8-6

11

4

Səbail

7

3

1

3

8-11

10

5

Zirə

6

2

1

3

5-8

7

6

Sumqayıt

7

2

1

4

5-9

7

7

Sabah

6

1

2

3

5-5

5

8

Qəbələ

6

1

1

4

2-13

4

Bombardir: Lorenzo Frutos ("Keşlə") - 4 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR