“Neftçi” və “Səbail”in Avropa Liqasındakı şansları açıqlanıb

“Neftçi” və “Səbail”in Avropa Liqasındakı şansları açıqlanıb
# 18 iyul 2019 15:18 (UTC +04:00)

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları üçün əmsallar açıqlanıb.

APA-nın məlumatına görə, bukmeker kontorları bu gün meydana çıxacaq Azərbaycan klublarının şanslarını fərqli qiymətləndiriblər.

İlk qarşılaşmada Moldova “Speranta”sına 3:0 hesabı ilə qalib gələn “Neftçi” yenə favorit hesab olunur. Bakı klubunun qələbəsi 1,10, məğlubiyyəti 21,00 əmsaldır. Qarşılaşmada heç-heçəyə 7,00 əmsal verilib.

“Neftçi”dən fərqli, “Səbail”in qələbə qazanacağı proqnozlaşdırılmır. Bu səbəbdən də evdə “Universitatya Krayova”ya (Rumıniya) 2:3 hesabı ilə uduzan təmsilçimizin qalib gəlməsi 13,00 əmsalla qiymətləndirilib. Görüşdə rumınların qələbəsinə 1,22 verilibsə, heç-heçə 6,35 əmsaldır.

Qeyd edək ki, “Universitatya Krayova” – “Səbail” saat 20:00-da, “Neftçi” - “Speranta” bir saat sonra start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR