“Neftçi” “Zirə”ni darmadağın edib, “Səbail” məğlubiyyət seriyasını uzadıb - VİDEO

“Neftçi” “Zirə”ni darmadağın edib, “Səbail” məğlubiyyət seriyasını uzadıb - VİDEO
# 20 oktyabr 2019 21:28 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

APA-nın məlumatına görə, ikinci oyun günündə 2 matç keçirilib.

Öncə “Neftçi” və “Zirə” münasibətlərini aydınlaşdırıb. Mövsümün I dövrəsini uğursuz keçirən komandaların duelində böyükhesablı nəticə qeydə alınıb.

“Neftçi” ev oyununda rəqibini üç cavabsız qolla darmadağın edib. Bu, “ağ-qaralar”a 2-ci pilləyə yüksəlmək imkanı verib.

“Səbail” isə öz meydanında “Sumqayıt”la görüşüb. Matçın taleyi ikinci hissədə həll olunub.

Qalib gələn qonaqlar 5-ci pilləyə yüksəliblər. “Səbail” isə ardıcıl 3-cü dəfə məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, turun ilk günündə iki matç keçirilib. “Qəbələ” – “Qarabağ” və “Keşlə” – “Sabah” oyunları eyni – 1:1 hesabı ilə başa çatıb.

Azərbaycan Premyer Liqası
VIII tur
20 oktyabr (bazar)

“Neftçi” – “Zirə” – 3:0
Qollar: Dario Frederiko, 27; Baqali Dabo, 46; Stiven Monroz, 76
Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”, 17:00

“Səbail” – “Sumqayıt” – 0:2
Qollar: Peyman Babayi, 47, Elvin Cəfərquliyev, 90+3
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”, 19:30

1

Qarabağ

8

7

1

0

18-2

22

2

Neftçi

8

4

2

2

11-6

14

3

Keşlə

8

3

3

2

9-4

12

4

Səbail

8

3

1

4

8-13

10

5

Sumqayıt

8

3

1

4

7-9

10

6

Zirə

8

2

2

4

6-12

8

7

Qəbələ

8

1

3

4

4-15

6

8

Sabah

8

1

3

4

6-8

6

Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), İsmayıl İbrahimli (“Qarabağ”), Stiven Monroz (“Neftçi”) - 4 qol

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR