"Neftçi"nin Avropa Liqasındakı ev oyununun biletləri satışa çıxarılıb

"Neftçi"nin Avropa Liqasındakı ev oyununun biletləri satışa çıxarılıb
# 15 iyul 2019 15:13 (UTC +04:00)

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Speranta” oyununun biletləri bu gündən satışa çıxarılıb.

APA-nın məlumatına görə, Azərbaycanın ən titullu klubunun Moldova təmsilçisi ilə görüşünə biletlərin qiymətləri 2, 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edir.

Azarkeşlər biletləri "Bakcell Arena” stadionlarının kassalarından, həmçinin "Rahat market”in "Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City” ticarət mərkəzinin 1-ci mərtəbəsi (Xırdalan şəhəri), "Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq” metrostansiyasının yanı), "Metropark” mağazalarından və "Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə edə bilərlər. Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək.

Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Speranta” oyunu saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR