"Neftçi"nin futbolçusu Azərbaycan millisindən kənarlaşdırılıb

"Neftçi"nin futbolçusu Azərbaycan millisindən kənarlaşdırılıb
# 06 oktyabr 2019 13:29 (UTC +04:00)

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

APA-nın məlumatına görə, Premyer Liqanın VII turunda keçirilmiş "Neftçi" - "Səbail" oyununda zədələnən Səlahət Ağayev əsas komandadan kənarlaşdırılıb.

Onun əvəzinə millinin heyətinə "Sumqayıt" klubundan Mehdi Cənnətov dəvət olunub.

Qeyd edək ki, yığma oktyabrın 9-da Bəhreynlə yoldaşlıq oyunu keçirəcək, 4 gün sonra AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Macarıstanla qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR