"Neftçi"nin futbolçusu: "Bir gənc futbolçu kimi missiyamı bitmiş hesab etmirəm”

"Neftçi"nin futbolçusu: "Bir gənc futbolçu kimi missiyamı bitmiş hesab etmirəm”
# 27 iyun 2019 14:49 (UTC +04:00)

“Ötən mövsüm həqiqətən də mənim üçün uğurlu oldu. Əsas heyətdə oynamaq şansı verdilər və burada mövqeyimi möhkəmlətmək üçün çox çalışdım”.

APA-nın məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Ömər Buludov deyib.

Gənc müdafiəçi başa çatan 2018/19 mövsümü barədə fikirlərini açıqlayıb: “İlk qolumu vurdum, əsas milli komandaya dəvət olundum. Bununla belə, təbii ki, bir gənc futbolçu kimi missiyamı bitmiş hesab etmirəm. Başa düşürəm ki, üzərimdə daha da çox işləyib, özümü sübut etməliyəm”.

Ö.Buludov klubun rəsmi saytına müsahibəsində Türkiyədə keçirilən təlim-məşq toplanışı və hazırlığı barədə fikirlərini bildirib: “Bəli, optimal formamı yığmağa çalışıram. İnanıram ki, Avropa Liqasının ilk oyununadək tam hazır olacağıq. Toplanış maraqlı və səmərəli keçir. Məşqçilərin tapşırığını tam yerinə yetirməyə çalışırıq. Dünən "Politexnika İaşi” ilə oyunun hava şəraitinə görə yarımçıq qalmasına görə təəssüflənsək də, inanırıq ki, bu, hazırlığımıza mənfi təsir göstərməyəcək”.

Müdafiəçi Avropa Liqasının I təsnifat mərhələsinin Moldova “Speranta”sı ilə görüşlər və yeni mövsüm barədə də danışıb: “Ciddi hazırlaşırıq. "Spetanta”nı məşqçilər korpusu ilə birlikdə analiz edirik. Bilirik ki, asan rəqib deyil, amma tapşırıqları düzgün yerinə yetirsək, mərhələni keçəcəyik. "Neftçi” həmişəki kimi yalnız çempionluq uğrunda mübarizə aparmalıdır. Ötən mövsüm öz səhvlərimizdən çempionluğu son turlarda əldən verdik. Təbii ki, bunu təkrarlamamalıyıq. Hamımız bunu yaxşı anlayırıq. "Neftçi” ailəsinə, bizi dəstəkləyən hər kəsə inanıram. İlk turdan sonadək birinci yer uğrunda mübarizə aparacağıq. Çempionluq üçün meydanda əlimizdən gələni edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR