“Neftçi”nin potensial rəqibi futbolçusunu orijinal şəkildə təqdim edib

“Neftçi”nin potensial rəqibi futbolçusunu orijinal şəkildə təqdim edib
# 16 iyul 2019 16:37 (UTC +04:00)

Bakının “Neftçi” klubunun Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi olan Rusiya “Arsenal”ı yeni futbolçusunu orijinal şəkildə təqdim edib.

APA-nın məlumatına görə, Tula klubunun sosial şəbəkədəki rəsmi səhifəsi yeni oyunçunun keçidini onun şəklini qocalma effektindən nümayiş etdirib.

Azarkeşlər bu “qoca”nın müdafiəçi Aleksandr Dovbnya olduğunu ehtimal edirlər. “Lokomotiv” klubunun yetirməsi olan 23 yaşlı futbolçu Rusiya yığması ilə U-17-lər arasında Avropa çempionudur.

“Arsenal” Rusiya Premyer Liqasının ilk turunda Moskva “Dinamo”su ilə heç-heçə edib – 1:1. Tulalıların növbəti rəqibi “Krılya Sovetov” olacaq.

Qeyd edək ki, “Neftçi” I təsnifat mərhələsində Moldova “Speranta”sını keçsə, “Arsenal”la qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR