"Neftçi"nin Türkiyədə ikinci rəqibi müəyyənləşib

"Neftçi"nin Türkiyədə ikinci rəqibi müəyyənləşib
# 24 iyun 2019 19:38 (UTC +04:00)

Bakının "Neftçi” futbol klubunun Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib.

APA-nın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı təmsilçisi Rumıniyanın "Politexnika İaşi” klubu ilə qarşılaşacaq.

Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 25-də deyil, 26-da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Oyun "Fənərbaxça Topuk Yaylası Resort and Sport” otelinin meydanında keçiriləcək.

Qeyd edək ki, "Neftçi” ilk sınaq matçında "SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla” klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar” iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR