“Neftçi”nin yeni transferi: “Hesab edirəm ki, komandaya köməyim dəyəcək”

“Neftçi”nin yeni transferi: “Hesab edirəm ki, komandaya köməyim dəyəcək”
# 23 iyun 2019 16:25 (UTC +04:00)

“Neftçi”nin ambisiyaları mənim üçün çox maraqlı idi”.

APA-nın məlumatına görə, bunu “Neftçi”nin yeni futbolçusu Voislav Stankoviç deyib.

Serbiyalı müdafiəçi “Qəbələ”dən paytaxt klubuna keçidi barədə fikirlərini açıqlayıb: “Mənə zəng vurub deyəndə ki, səninlə "Neftçi” maraqlanır, düşündüm və qərara gəldim ki, bura gəlib karyeramda yeni mərhələyə başlamaq yaxşı olardı. Mənimlə yanaşı, buradakı hər bir futbolçu "Neftçi” ilə böyük uğurlara imza atmaq üçün əlindən gələni etməyə çalışır”.

Klubun rəsmi televiziyasına müsahibə verən legioner təlim-məşq toplanışını dəyərləndirib: “Hər şey qaydasındadır. Hazırlıq üçün yaxşı şəraitimiz var. Belə də davam etmək lazımdır. Hesab edirəm ki, mövsümə yaxşı başlayacağıq. Hər şey plan üzrə gedir. Toplanış yaxşı əhval-ruhiyyədə keçir. Avroliqadakı ilk oyunumuza hazırlaşırıq. Birinci yoxlama görüşünü normal keçirdik, qələbə qazandıq. Davamını gətirməliyik. Hər rəqibə qarşı 100 faiz köklənməliyik. İndiki futbolda hər bir rəqibi asanlıqla keçəcəyinə zəmanət verə bilməzsən. Buna görə də düşünürəm ki, ilk matça maksimum köklənib, özümüzü yaxşı tərəfdən göstərəcəyik. Ümid edirəm ki, oyuna belə çıxsaq, problemimiz olmayacaq”.

V.Stankoviç Avropa Liqası barədə fikirlərini də bölüşüb: “Speranta” haqda məlumatımız var. Kifayət qədər güclü komandadır. Arxayınlaşmaq olmaz. Dediyim kimi, bu oyuna maksimum hazırlaşıb, səfər matçını qələbə ilə başa vurmalıyıq. Çox yaxşı azarkeşlərimiz var. Onlar komandanı çox sevirlər. Çalışacağam ki, hər oyunda meydana çıxıb, bütün gücümü ortaya qoyum. Hesab edirəm ki, komandaya köməyim dəyəcək. "Neftçi”nin müdafiə xətti daha da güclü olacaq. Bu, komandanın qarşıdan gələn mövsümdə böyük uğurlar qazanmasına kömək edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR