Neymar Kipr vətəndaşı olur

Neymar Kipr vətəndaşı olur
# 20 avqust 2019 17:53 (UTC +04:00)

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar özünə yeni ev alır.

APA-nın məlumatına görə, cənubi amerikalı Kiprin “The İcon” kompleksində 500 kvadrat metrlik apartamentin alınması ilə bağlı danışıqlar aparır.

Hücumçunun agenti Pini Zahavi bu məqsədlə Limassol şəhərinə yollanıb. Kiprdə ev alması Neymara bu ölkənin vətəndaşı olmaq imkanı da verəcək.

Kiprin investisiya proqramına əsasən 2 milyon dollar və ya daha artıq məbləğdə vəsait xərcləyən şəxs ölkə vətəndaşı ala bilər. Daşınmaz əmlaka xərclənən vəsait də investisiya qoyuluşu hesab olunur.

Düzdür, bu qaydaya görə futbolçu 150 min dollar xeyriyyə xərcləri üçün ödəniş etməli və maliyyə gəlirlərinin leqallığını sübut etməlidir.

Neymarın aldığı evin qiyməti isə 5 milyon dollardır. Bu, ona ikinci vətəndaşlıq almaq üçün kifayət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR