Nigeriya Afrika çempionatının bürünc mükafatçısı olub

Nigeriya Afrika çempionatının bürünc mükafatçısı olub
# 18 iyul 2019 09:30 (UTC +04:00)

Afrika Millətlər Kubokunda ilk mükafatçı müəyyənləşib.

APA-nın məlumatına görə, Misirdə təşkil olunan qitə çempionatında bürünc medal uğrunda oyun keçirilib.

Tunislə Nigeriya arasında matçın taleyini bir qol həll edib. Odion İqalonun 3-cü dəqiqədə vurduğu top nigeriyalılara qitə üçüncülüyü bəxş edib.

Qeyd edək ki, final oyunu iyulun 19-da baş tutacaq. Həlledici görüşdə Seneqalla Əlcəzair üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR