Pavel Hapal: “Azərbaycanla qarşılaşmada istədiyimiz nəticə qazana bilərik”

Pavel Hapal: “Azərbaycanla qarşılaşmada istədiyimiz nəticə qazana bilərik”
# 12 noyabr 2019 10:54 (UTC +04:00)

“İnanıram ki, 0:4 hesabı ilə uduzduğumuz Xorvatiya ilə görüşdə yaşadıqlarımız bir daha təkrarlanmayacaq. İndi oyunçularımızı düzgün motivasiya etməliyik”.

APA-nın məlumatına görə, bunu futbol üzrə Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal deyib.

Təcrübəli mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin son iki oyunu ərəfəsində fikirlərini açıqlayıb. P.Hapal noyabrın 16-da Xorvatiya, üç gün sonra Azərbaycana qarşı keçiriləcək görüşlər ərəfəsində iddialı danışıb:

“Qrupumuzda 4 komanda final mərhələsinə yüksəlmək şansını saxlayır. Bilirik ki, ağır olacaq. Xorvatiya son dünya çempionatının gümüş mükafatçısıdır. Amma yaxşı hazırlaşıb rəqibləri təəccübləndirməliyik. Qarşıdakı iki görüşdə daha yaxşı oynamalıyıq. Ümid edirəm ki, Xorvatiya və Azərbaycanla qarşılaşmada istədiyimiz nəticə qazana bilərik”.

Qeyd edək ki, Slovakiya – Azərbaycan oyunu Trnava şəhərində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR